Azərbaycan Texnologiya Universitetinin İdman klubunun mütəxəssisi İradə Kərimova qızıl medal qazanıb.
QHT.az xəbər verir ki, İradə Davud qızı Kərimova Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə “Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışının qalibi olub. O, Kür çayının iki sahili arasında təşkil olunan yarışda 300 metr məsafəni qət edərək yuxarı yaş kateqoriyasında birinci yeri tutub.
QHT.az Vətəndaş Cəmiyyəti adından biz də İradə xanımı təbrik edirik!
Pərvanə Fərhadqızı












