Azərbaycan aktyoru, şoumen, Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə 1972- ci ilin bu günü Bakıda anadan olub.
QHT.az xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyasının, Planet Parni iz Baku KVN Teatrının üzvü olan aktyor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1989-1994). 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK-nin üzvüdür. Bu komanda 1992-ci və 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun qalibi və 2000-ci ildə “Əsrin çempionu” olub. 1992-ci ildən karikatura çəkir, karikaturaları “Kirpi” satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır, fərdi sərgiləri açılıb. 2004-cü ildən “Qalareya” jurnalının naşiridir.
Xarici film istehsalçılarının “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında taksi sürücüsü İbrahim-Mersedes rolunda, “Bremen musiqiçiləri” (2000, rejissor Aleksandr Abdulov / Rusiya) filmində, “Kilimancara” (2018, rejissor Katerina Teleqina / Rusiya) filmində çəkilib.
2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir. Kitabları nəşr olunub. Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülüb (2012).
Pərvanə Fərhadqızı












