İncəsənət məktəbi şagirdlərinin ifasında
Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operetta-tamaşası təqdim edilib.
Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin səhnəsində nümayiş olunan musiqili əsər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, tamaşanın quruluşu xoreoqraf Gündüz Babayevə, müsiqi tərtibatı isə Rəşad Tağıyevə aiddir.
Akif AĞAYEV












