“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Tərtər rayonunda uğurla davam etdirir. 
 

12.04.2023-cü il saat 14.00 da  Tərtər rayonunda  Tərtər rayonu  Gənclər və İdman İdarəsində layihə çərçivəsində  “Erkən nigah və fəsadları” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə   Tərtər Rayon İH –nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov açdı. O qonaqları təqdim etdi və mövzu ilə bağlı fikirlərini bölüşdü.   Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihəin məqsədlərini açıqladı.
Ekspert erkən nigah və onun fəsadları barədə ətraflı məlumat verdi. Bildirdi ki,qızların erkən nikaha cəlb olunması, onların təhsildən yayınmasına səbəb olur. Araşdırmalar göstərib ki, məktəbdən yayınan şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Beləliklə də, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını artırır və qızların erkən yaşlarından təhsil hüququndan məhrum edilməsinə gətirib çıxarır. Demək bütün sahələrdə erkən nigahla  işimizi gücləndirməliyik. Bu problemin qarşısının alınması üçün  biz birlikdə mübarizə aparmalıyıq”.
Psixoloq A.İmanova erkən nigahın psixoloji tərəflərindən danışdı . Bildirdi ki,” Erkən yaşda ana olmuş qadınların psixoloji hazırlığı da aşağı səviyyədə olur. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır. Erkən nikaha məcbur edilərək qurulan ailələrin təməli də möhkəm deyil. Əksər hallarda gələcəkdə belə nikahlar boşanma ilə nəticələnir.   Psixoloji baxımdan oğlanların 25, qızların isə 20-22 yaşından sonra ailə qurması tövsiyyə olunur”
Sonda müzakirələr oldu. İştirakçılardan Ə.Həsən və Z.Mehriban  Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdilər.Layihə rəhbəri Tərtər rayon İH-nin bütün əməkdaşlarına onlara yaradılan şəraitə görə təşəkkür etdi.