Bu dəfəki görüş Bakı 18 saylı Mediasiya Təşkilatının ev sahibliyi ilə həyata keçirilib.

QHT.az xəbər verir ki, çox sevindirici haldır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association və Azərbaycan Respublikası Mediasiya Şurası arasında mövcud olan səmərəli əməkdaşlıq bu gün vəkil büroları və mediasiya təşkilatları arasında da davam etdirilir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov arasında imzalanmış, vəkillər və mediatorlar arasında maraq konfliktlərinin qorunması məqsədi ilə işgüzar münasibətlərin qurulması və eyni zamanda mediasiya proseslərində keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsini ehtiva edən iki tərəfli memorandumun keyfiyyətli icrası məqsədi ilə təşkil edilən Mediator Klubunun növbəti, sayca 6-cı görüşü Bakı 18 saylı mediasiya təşkilatı tərəfindən həyata keçirilib.

Mediator klubunun bu günkü fəxri qonaqları "Kəngərli və partnyorları" vəkil bürosunun rəhbərliyi və vəkilləri olub. Görüşdə mediasiyada effektiv təmsilçilik, işlərin barışıq sazişi ilə yekunlaşdırılması üçün mövcud maneələr və bu maneələrin həlli istiqamətləri, habelə vəkillərimizin fəaliyyətimizdə narazı qaldıqları hissələr müzakirə olunub və mediasiya xidmətlərinin tətbiqində keyfiyyətli hüquqi yardımın ünvanı olan vəkillər və vəkil büroları ilə əməkdaşlıq imkanlarının vacibliyi qeyd edilib. Mediator Klubu çərçivəsində keçirilən görüşlərin ənənəvi olaraq davamlı şəkildə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində vəkil və mediatorların əməkdaşlığı son dərəcə zəruri və vacibdir.

 

 

Pərvanə Fərhadqızı