Keçən həftə Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə bir çox vəkillər və o cümlədən Millət vəkili də iştirak edib. “Hüquq bürosu” nun təsisçisi və direktoru Arzu xanım Alıyeva 14 illik fasilədən sonra Mantiyasını yenidən geyinib.

Qeyd edək ki, hüquq sahəsində karyera qurmağa nail olmaq üçün vəkillik təşkilatlarına qəbul edilmək və rəsmi olaraq vəkillik statusunu qazanmaq, bir hüquqçu üçün müstəqil bir həyat tərzi və yeni imkanların açılması deməkdir. Bu mərhələli və nailiyyətlə dolu proses, namizədlərinin hüquq sahəsində daha çox təcrübə qazanmağa, insanların hüquq və ədalət üçün mübarizəsinə daha aktiv cəlb edilməyə əsaslanır.

Vəkillər kollegiyasına üzvlərini təbrik edir, şərəfli və məsuliyyətli peşələrində bol uğur, müvəffəqiyyətlər arzu edirik!

 

Pərvanə Fərhadqızı