“Bu problem əsasən risk qurupları arasında müşahidə olunur. Məhkumlar da risk qrupuna aiddir. Keçmiş Qarabağ ərazisində Azərbaycanın sərhədləri möhkəmlənəndən sonra Respublikada narkotiklərlə mübarizə sahəsində aparılan işlər kəskin gücləndirəndən sonra bir balaca dəyişikliklər edildi. Xəstəliklərin sayında artım oldu. 21-ci ildən başlayaraq profilaktika həyata keçiririk. Məhkumlar arasında tibbi profilaktika geniş aparılır, hepatitlə müalicəyə cəlb olunublar”
QHT.az xəbər verir ki, bu sözləri bu gün keçirilən Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfransda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehtiyev qeyd edib. O, Penitensiar xidmətdə İİV/QİÇS virusuna qarşı çox ciddi mübarizə aparıldığını qeyd etmiş, beynəlxalq təcrübənin və müasir müalicə metodlarının tətbiqi ilə bağlı yaranacaq problemlərin həlli istiqamətində zəruri addımların atıldığını vurğulayıb. QİÇS-lə mübarizə istiqamətində ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı nəticəsində əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirib. Qlobal Fond tərəfindən maliyyələşdirilən və həyata keçirilən layihələrin penitensiar müəssisələrdə gələcəkdə də davam etdirilməsinin zəruriliyi bildirib: “Penitensiar xidmət mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, çoxsaylı beynəlxalq tədbirlərdə təmsil olunur və qabaqcıl təcrübənin öyrənilməsində maraqlıdır”.
Pərvanə Fərhadqızı












