Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkil etdiyi 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfrans keçirilir.
QHT.az xəbər verir ki, tədbirin məqsədi ölkəmizdə və dünyada hazırda İİV/QİÇS-lə bağlı cari vəziyyəti müzakirə etmək və bu problemə diqqət çəkməkdir.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdir Yaqut Qarayeva iştirak edir, ölkəmizdə QİÇS-lə bağlı cari vəziyyət və görüləcək işlər barədə geniş təqdimatla çıxış edirlər.
Pərvanə Fərhadqızı












