Meksikalı turist Kosta-Rikanın Sakit okean sahillərində, Kokos adası yaxınlığında köpəkbalığının hücumundan sağ çıxıb.

QHT.az xəbər verir ki, o, 30 metr dərinlikdə dalarkən baş və üz nahiyəsindən xəsarət alıb, hava şlanqları da zədələnib. Yanğınsöndürənlər müdaxilə edərək qanaxmanı dayandırıb və zərərçəkəni stabilləşdiriblər. Şahidlər hücumun aqressiya yox, dalğıcın işarələrinə reaksiya kimi baş verdiyini bildiriblər. Rəsmilər köpəkbalığının növünü araşdırır. Kokos adasında belə hücumlar nadirdir; sonuncu ölümcül hadisə 2017-ci ildə qeydə alınmışdı.

 

R.İmanov