Bakıda “İqlim Fəaliyyəti Həftəsi” start götürüb. Həftə çərçivəsində iqlim dəyişikliyi, enerji keçidi, yaşıl iqtisadiyyat və KOB-lar, eləcə də mədəniyyət və gənclərin rəhbərlik etdiyi innovasiyalar kimi mövzular müzakirə ediləcək.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli bildirib. Onun sözlərinə görə, ki, tədbir həm yerli, həm də beynəlxalq səviyyədə iqlim siyasətində gələcək fəaliyyətləri əhatə edəcək. İştirakçılar arasında hökumət nümayəndələri, gənc liderlər, elmi və biznes dairələrinin nümayəndələri yer alıb:

"Həftə boyunca keçiriləcək sessiyalar, panel müzakirələri və təqdimatlar, iqlim fəaliyyətinin təşviqi və yaşıl texnologiyaların inkişafı üçün platforma rolunu oynayacaq. Tədbirin əsas hədəfi regionda iqlim dəyişikliyinə qarşı fəaliyyətləri gücləndirmək və gələcək üçün davamlı strategiyalar müəyyən etməkdir".

 

Pərvanə Fərhadqızı