“Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə paytaxtın Nizami Gəncəvi parkında RİİB könüllüləri üçün kapoeyra idman növü üzrə ustad dərsi keçirilib.

QHT.az xəbər verir ki, könüllülərin asudə vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması məqsədilə keçirilən tədbirdə kapoeyra idman növünün tarixi, musiqi alətləri, döyüş nəğmələri haqqında məlumat verilib, könüllüləri maraqlandıran suallar cavablandırılıb, eyni zamanda peşəkar idmançılar tərəfindən bu idman növünün elementləri əyani nümayiş etdirilib.

Sonda ustad dərsinin təşkilinə göstərdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Azərbaycan Kapoeyra Federasiyasına təşəkkürnamə təqdim olunub.