Amerikalı ralli pilotu Ken Blok 55 yaşında qar arabası qəzası nəticəsində dünyasını dəyişib. Dünya Ralli Çempionatı və Dünya Rallikros Çempionatında yarışan Block sosial mediada yayımladığı drift videoları ilə də tanınırdı.

QHT.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, qəza Yuta ştatının Vasatç bölgəsində baş verib. Ölümü ilə bağlı "Böyük kədərlə Ken Blokun qar arabası qəzasında dünyasını dəyişdiyini təsdiqləyirik. Ken uzaqgörən, qabaqcıl və ikona idi. Hər şeydən əvvəl o, ata və ər idi. Onun üçün çox darıxacağıq." ifadələrindən istifadə edilmişdir.