Bu gün Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhlükələrə qarşı müvəqqəti komissiyası “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə təşkil edib.

İctimai müzakirədə çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, ölkəmizdə COP-29 kimi böyük tədbirin keçiriləcəyi dövrdə fərdi məlumatların qorunmasının təmin edilməsi çox mühümdür:

“Eyni zamanda Azərbaycanın qanunları qeyri-düzgün şərh edilərək tərcümə olunur və Azərbaycan əleyhinə istifadə edilir. Azərbaycan haqqında dezinformasiyalar yayaraq xaricdə ictimai rəyi çaşdırırlar. Bu istiqamətdə fəaliyyət göstərməliyik.

COP-29 -a mənfi təsir göstərən risklərin azaldılması məqsədiylə kibertəhlükəsizlik üçün qaynar xətt yaradılsa, yaxşı olar. Milli Kibertəhlükəsizlik Strategiyası hazırlanmalıdı".