MHM-nin sədri Səməd Vəkilov təşkilatın İdarə Heyəti tarixçi alim-ssenarist, tarix üzrə fəlsəfə doktoru M.Qəribovu Azərbaycan tarixinin araşdırılmasına verdyi töhfələrə görə təltif edib.
QHT.az xəbər verir ki, S.Vəkilov bildirib ki, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov tarixçi kimi böyük elmi dəyəri olan “Bir əsr boyunca Ermənistan-Azərbaycan münasibətləri”adlı elmi monoqrafiyası həmçinin müəllifi olduğu sənədli filimləri ilə Azərbaycan tarixinə gözəl töhfələr verib. Onun yaradıcılığında Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin ayrı-ayrı mərhələləri, Qərbi Azərbaycan tarixi, Azərbaycan Xalq Cümhuriyyəti irisinin araşdırılması, Azərbaycan Türkiyə ortaq tarixi irsi və dəyərləri, hərbi tariximiz xüsusi yer tutur.
Qeyd edək ki, bu gün tarixçi alim, ssenarist Mahir Qəribovun 50 yaşı tamam olur.












