Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri, tanınmış ictimai xadim Cəsarət Hüseynzadəni doğum günü münasibətilə səmimi sözlərlə təbrik edib.

“Əziz və dəyərli dostum, vətəndaş cəmiyyətinin parlaq siması, ictimai xadim Cəsarət Hüseynzadə, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Sizin ictimai fəaliyyətinizin əsas xəttini dövlətçilik maraqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı və hüququn aliliyinin təmin edilməsi təşkil edir.

Azərbaycan ictimaiyyətində özünəməxsus mövqeyinizlə, prinsipiallığınız və fəallığınızla böyük nüfuz qazanmısınız. Siz cəmiyyət üçün faydalı olmaqla yanaşı, dostlarınız üçün də əziz və əvəzolunmaz bir insansınız.

Yaxşı ki, varsınız və dostumuzsunuz! Zaman həmişə xeyrinizə işləsin!”