NATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynaya qarşı müharibədə hər ay 20–25 min əsgər itirdiyini bildirib və bu rəqəmin yalnız ölənləri əhatə etdiyini vurğulayıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu itkilər SSRİ-nin Əfqanıstanda 10 il ərzində verdiyi itkilərlə müqayisə oluna biləcək səviyyədədir. Rutte qeyd edib ki, bu temp davam edərsə, təkcə 2025-ci ildə Rusiyanın ölən hərbçilərinin sayı 300 minə çata bilər.
NATO-nun hesablamalarına əsasən, 2025-ci ilin sonuna qədər Rusiyanın ümumi itkiləri (ölü və yaralı) 1,15 milyon olub. O həmçinin bildirib ki, Rusiya aqressiv mövqeyini dəyişmir və Çin, İran və Şimali Koreya ilə əməkdaşlıq edərək NATO ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır.












