"2009-cu ildə Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı yaradıldı. İlkin mərasim Naxçıvanda keçirildi və Mərkəzi Asiyada yaşayan türk dövlətləri də bu prosesə qoşuldu. Hal-hazırda Türk Dövlətləri Təşkilatı genişlənməkdədir və iqtisadi əməkdaşlıq, təhlükəsizlik və strateji inkişaf üçün vacib qurumdur. Digər dövlətlərin də üzv olması prosesi davam edir və bu təşkilat perspektivli bir struktur olaraq inkişaf edir".
Bu fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əməkdaşlığı yalnız siyasi əlaqələrdən ibarət deyil, burada qardaşlıq birliyi və liderlərimizin – Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – dostluğu mühüm rol oynayır:
"Bu əməkdaşlıq regionda strateji sabitlik və inkişaf üçün zəruri elementdir. Eyni zamanda, qardaş Türkiyə ilə əməkdaşlıq digər türk dövlətlərinin inkişafı və əlaqələrinin möhkəmlənməsi üçün də imkanlar açır".












