Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Regional İnkişaf” İctimai Birliyini fəaliyyətə başlamasının 10 illiyi münasibətilə təbrik edib.
QHT.az təbriki təqdim edir:
“Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə dinamik inkişaf dövrünü yaşayır, vətəndaş rifahının təminatı istiqamətində mühüm nailiyyətlər əldə olunur. 10 il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyi də ölkəmizin sosial, iqtisadi, ictimai, mədəni tərəqqisi, habelə regionların inkişafı prosesində fəal iştirak edir və dəyərli töhfələrini verir.
Daim yeni, yeni, önəmli layihələrə imza atan birliyin fəaliyyətində mühüm sosial önəm kəsb edən layihələr, gənclərin həssas qrupların məşğulluğuna dəstək tədbirləri də geniş yer tutur. Bu sahədə Bizim Regional İnkişaf İctimai Birliyi ilə uğurlu sosial tərəfdaşlıq təcrübəmiz var.
Bununla yanaşı, bu gün ölkəmizdə aparılan uğurlu sosial siyasətin mühüm istiqamətlərindən biri şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də nazirlik Regional İnkişaf İctimai Birliyi ilə sıx əməkdaşlıq edir.
Qeyd edilənlər bir daha birliyin fəaliyyətində sosial əhəmiyyət kəsb edən tədbirlərin mühüm yer tutduğunu, onun cəmiyyətimiz üçün vacib olan missiyaya xidmət etdiyini göstərir. Əminəm ki, qarşıdakı dövrdə də birlik cəmiyyətimiz üçün nəcib və faydalı, dəyərli missiyasını uğurla davam etdirəcək. Regional İnkişaf İctimai Birliyinin 10 illiyi münasibətilə təşkilatın bütün kollektivini təbrik edir, gələcək fəaliyyətində yeni- yeni nailiyyətlər arzulayıram."












