Nərmin Abdinova Avropa çempionatında 2 turdan sonra yüksək nəticə toplayıb  

Rumıniyanın Mamaya şəhərində yeniyetmə şahmatçıların  Avropa çempionatı (4-15 sentyabr) keçirilir.
Mötəbər turnirdə 8, 10,12,14, 16 və 18 yaş kateqoriyalarında qitənin ən yaxşı iti zəka sahibləri müəyyənləşəcək. Yarışda Azərbaycanın 44 şahmatçısı medallar uğrunda mübarizə aparır. 
Azərbaycan yığması tərkibində yer alan FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçısı Nərmin Abdinova (U-16) çempionatın ikinci turundan sonra maksimum nəticə əldə edib.
Məlumat üçün bildirək ki, Nərmin Yusif qızı Abdinova Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev xəbər verir ki, istedadlı şahmatçı bu vaxtacan bir sıra idman uğurlarına nail olub. Müxtəlif vaxtlarda Bakı şəhər (2018, 2019) və Azərbaycan (2018, 2019, 2021, 2022) birinciliklərinin qalibi, 14 yaşadək qızlar arasında Avropa çempionatının (2021) birincisi, “Azərbaycan - 1” yığması tərkibində FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının (komanda üçüncü yer, dördüncü stolda qızıl medal) qızıl medalçısı (oktyabr 2022), Rusiya Federasiyasının Moskva şəhərində MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında gümüş medal, Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində qızıl medal mükafatçısı olub.

 

Akif VAQİFOĞLU.