“Oriqami“  uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə təşkil etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində maliyyələşən, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən,  130 №-li tam orta məktəbdə  “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili ”  layihəsinin icrası davam edir.
         
“Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili ”  layihəsinin Fəaliyyət Planına uyğun olaraq  07.09.2023-cü il tarixində 130 №-li tam orta məktəbdə  layihəyə qoşulmuş  yeniyetmə velosipedçilərlə  məşğələ və Anket-Sorğusu keçirilmişdir. 
      
130 № li tam orta məktəbin  fiziki tərbiyə müəllimləri - Orucov Bağır, Əsgərov Orxan, Zülfüqarova Aytəkinin təşkilatçılığı və 15 nəfər velosipedçi yeniyetmələrin iştirakı ilə məşğələnin keçirilməsi üçün     idman zalında xüsusi hazırlıq işləri görülmüşdü. Burada  stullar və yazı masaları qoyulmuş, yeniyetmələrin velosipedləri bir cərgədə sıralanmışdı. ”Oriqami” təşkilatı “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmış  Rol-up,  plastik ayaqlıq üzərində 2 ədəd  A-4 formatda loqolu məlumat lövhələrini, rəngli, təsvirli çap məhsullarını, yeniyetmə velosipedçilər üçün alınmış fərdi qoruyucu müdafiə dəstlərini,  rəngli, təsvirli istehlak mallarını, dəftərxana dəstlərini və Anket-Sorğusu keçirilməsi üçün zəruri olan, əvvəlcədən test üsulunda  tərtib edılərək çap olunmuş  vərəqləri və qələmləri masaların üstünə düzmüşdü.

Məşğələ saat 11-00 da başladı. Layihə rəhbəri N.Nəcəfov  yeniyetmə velosipedçilərə məşğələnin mövzusunu bildirdi və iştirakçılara layihə barədə geniş  məlumat verdi. Tədbirdə iştirak edən 130 № li tam orta məktəbin   direktoru Samirə  Əliyeva layihə iştirakçılarını salamladı və bildirdi ki, 01.07.2023-cü il tarixindən başlayaraq “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili ”  layihəsi məktəblilərə sağlam həyat tərzi aşılayır, onlarda idmana həvəsi artırır, tətil günlərində, asudə vaxtın məzmunlu təşkilinə kömək edir, yeniyetmələrin daha sağlam  böyüməsinə  münbit şərait yaradır. O, yeniyetmələri, qarşıda  keçirilməsi nəzərdə tutulan, veloyürüşdə  digər məktəbin komandalarının üzvləri ilə yarıəşda, intizamlı davranmağa çağırdı. TTİDM Mahmudova Təhminə yeniyetmə velosipedçilərə müraciət edərək  onları 130 № li tam orta məktəbin  adını həmişə  uca  tutmağa, veloyürüş zamanı,  digər iştirakçılarla,  mehriban davranmağa ,biri-birlərinə qarşı hörmətli rəftara səslədi. 

Layihənin  Fəaliyyət Planına uyğun olaraq iştirakçılar 20 dəq.,ərzində Anket-Sorğusunun suallarına  yazılı cavab verdilər.
 
Məşğələ zamanı “Oriqami” QHT tərəfindən foto-video çəkiliş  təşkil olunmuş və media vasitələrində yayımlanmaq  üçün məlumat hazırlanmışdır.