Bu gün Azərbaycan şairəsi, aktrisası, diktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurəngiz Günün anım günüdür.
QHT.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli şairə-publisist Nurəngiz Günün 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairləri, elm, dövlət və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirib. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib. Prezident təqaüdçüsü, 23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat edib, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunub.
Ölməz yazarımızın ruhu şad olsun!
Pərvanə Fərhadqızı












