Məhməd Akif Ərsoy 1873-cü ildə İstanbulun Fateh səmtində dünyaya gəlib. İlk və orta təhsilini də orada alıb.

QHT.az xəbər verir ki, Beynəlxalq Hüquq İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyub, baytarlıq təhsilinə başlayaraq oranı qızıl diplomla bitirir. Şeir yazmağa başlayır. Osmanlı dövlətinin tənəzzül dövründə Anadoluya keçərək xalqı milli azadlıq hərbi üçün ruhlandırır və bu yönümdə böyük işlər görür.

1908-ci ildə Əşrəf Ədibin nəşr etdiyi "Sirati-Müstəqim", sonra isə "Səbilürrəşad" jurnallarında məqalələr, şeirlər və müasir misirli yazıçıların əsərlərindən tərcümələrlə çıxış edir.
XX əsrin ən böyük türk şairi olan Akif Ərsoy 1921-ci ildə "İstiqlal marşı" qələmə alınıb.

Pərvanə Fərhadqızı