“Bu gün təcrübələrini öyrənmək məqsədilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İsrailin Technion İnstitutu ilə birgə yaratdığı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə baş çəkdik. Gördüklərimizdən məmnun olduq və görülmüş işlərin müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığında faydalı olduğunu düşünürəm”.
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib. Rektora Kibertəhlükəsizlik Mərkəzində UNEC tələbələrini görmək çox xoş olub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və onun komandası ilə faydalı fikir mübadiləsi aparılıb.
Pərvanə Fərhadqızı












