"Agentlik Azərbaycan QHT-lərinin inkişafı, ölçüləbilən nəticələrlə onların fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi üçün dəstək tədbirlərini genişləndirməkdə davam edir".

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondu ilə əməkdaşlıq çərçivəsində yeni qrant müsabiqəsi elan olunacaq:

"Bu təşəbbüs Azərbaycan və Özbəkistan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsinə, həmçinin vətəndaş cəmiyyəti institutlarının inkişafına xidmət edəcək".

 

Pərvanə Fərhadqızı