"Vətəndaşların Sosial Rifahı Naminə" (VSRN) İctimai Birliyi 20 illik yubiley ərəfəsində növbəti uğura imza atıb. Qurum BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına (UNCCD) rəsmi şəkildə akkreditasiya olunub.

Bu barədə təşkilatın sədr müavini Nədimə Rəhimli məlumat verib. O bildirib ki, beynəlxalq təşkilata qoşulmaq VSRN İctimai Birliyinin fəaliyyətində mühüm mərhələdir:

“20 illik yubiley ərəfəsində belə bir uğur qazanmağımız bizim üçün qürurvericidir. Bu akkreditasiya qurumumuzun beynəlxalq səviyyədə fəaliyyət imkanlarını genişləndirəcək.”

Qeyd edək ki, UNCCD-nin əsas fəaliyyət istiqaməti torpaqların deqradasiyasının qarşısını almaq, səhralaşma ilə mübarizə aparmaq, insanların sosial rifahını və ərzaq təhlükəsizliyini təmin etmək, həmçinin ekoloji tarazlığın qorunmasına töhfə verməkdir.

 

Pərvanə Fərhadqızı