İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin (İRÖİB) sədri Ruslan Atakişiyev sentyabr ayının 3-ü 2025-ci ildə Bəhreynin paytaxtı Manama şəhərində “İslam Maliyyə Təşkilatları üzrə mühasibatlıq və audit (AAOİFİ)” təşkilatının rəhbəri Omar Mustafa Ansari ilə görüş keçirilmişdir.

QHT.az xəbər verir ki, görüşdə hər iki qurum arasında Əməkdaşlıq Memorandumu bağlanmışdır. Sənədə əsasən İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinə AAOİFİ -nin Azərbaycan üzrə tədrisinin təşkili, imtahan mərkəzinin formalaşdırılması, imtahana hazırlıq, Sertifikasiya, müdavimlərin bu quruma göndərilməsi və onların peşəkarlığının artıtılması, AAOİFİ standartlarının Azərbaycan dilinə tərcüməsi, ölkədə təbliği və hökumət qarşısında bu standartların tətbiqi üzrə regional tərəfdaşı statusu verilir.