Baş nazir Şahbaz Şərifin göstərişi ilə Pakistanda federal hökumətə bağlı məktəblərdə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım kampaniyası başladılıb.
QHT.az xəbər verir ki, Pakistanda məktəblərdə Türkiyə və Suriya üçün ianə kampaniyası başladılıb
Milli mətbuatda yayılan xəbərlərə görə, təhsil naziri Rana Tanvir Hüseyn Baş nazir Şərifin göstərişindən sonra məktəblərdə ianə kampaniyasına başlamaq qərarı imzalayıb.
Nazir Hüseyn Türkiyə və Suriyada zəlzələ qurbanlarının yaraları sağalana qədər kampaniyanın davam edəcəyini açıqlayıb.
Təhsil Nazirliyindən Dr. Qulam Əli Mallah AA müxbirinə verdiyi açıqlamada bu gün İslamabadda 5 məktəbdə başlayan yardım kampaniyasının bütün ölkəyə yayılacağını bildirib.












