Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən, “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin verilməsi Qaydası”na edilən dəyişikliklərlə Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlərlə mənzil almaq mümkün olacaq.

QHT.az xəbər verir ki, bu bardədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, dəyişikliklərə görə:

  • Güzəştli ipoteka kreditinin məbləği, yaşayış sahəsinin qiymətinin 90 faizindən çox olmamalıdır.

  • Aylıq ödəniş borcalanın məcmu gəlirinin 75 faizini keçməməlidir (əgər mənzilin qiymətinin 60 faizindən az ipoteka verilirsə, bu tələb tətbiq edilmir).

Deputat həmçinin bildirib ki, bu addım gənc ailələrin mənzil sahibi olmasını, Qarabağda məskunlaşmanın intensivləşməsini və regionun sosial-iqtisadi inkişafını dəstəkləyəcək.

 

Pərvanə Fərhadqızı