Qədim Roma şəhəri Pompeydə qazıntılar zamanı mütəxəssislər soba, freskalar və boyalı divarları olan bir ev tapdılar.
QHT.az xəbər verir ki, tapıntı yerində üç insan skeleti də tapılıb. Arxeoloqların iddia etdiyi kimi, Vezuvi vulkanının püskürməsindən əvvəl bu ev varlı bir tacirə məxsus olub. Kəşf şəhərin 100 ildən çox əvvəl qazıntıların aparıldığı və yalnız bu ilin əvvəlində bərpa olunduğu sektorda edilib.
Arxeoloqlar bildiriblər ki, evdə böyük bir zal var, damdakı dəlikdən daşdan hazırlanmış aslan başları görünürdü. Bu ev Pompey zənginlərinin ənənəvi villalarına bənzəmir. Bu ev bir tacirin evi idi. Arxeoloqlar evdə gündə 100 çörək bişirilə bilən nəhəng bir sobanın olduğunu gördülər. Çox güman ki, elm adamları hesab edirlər ki, varlı bir topdansatış burada yaşayıb işləyir, bütün şəhərə çörək satırmış.
Pərvanə Fərhadqızı












