Bakıda müxtəlif maraqlı tərəflər qrupundan olan 60-a yaxın nümayəndənin iştirakı ilə Yeni Şərq Tərəfdaşlığı Siyasətində Aİ-Azərbaycan münasibətləri mövzusunda Konfrans keçirilir.

QHT.az xəbər verir ki, konfransda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının ölkə əlaqələndiricisi, Rasional Inkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla Ismayıl açılış nitqi ilə çıxış edib. “Avropa-Azərbaycan münasibətləri yeni formatda: yeni ŞT reallıqlarında sürətli "Avrointeqrasiya prosesi üçün nələr tələb olunur?” mövzusunda müzakirələr gedir.

Birinci panel mərhələdə panelistlər Avropa İttifaqının Azərbaycanda səfiri Cənab Piter Mixalko, Belçikanın Azərbaycanda səfiri Canab Mişel Pitermans, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Cənab Əhməd Əlili çıxış edirlər.

Qeyd edək ki, mövcud giosiyasi vəziyyət Avropa İttifaqını Şərq Tərəfdaşlığı Siyasətinə yenidən baxmağa məcbur edir. Yaranan reallıqlarda və dəyişən konteksdə əsaslı dəyişikliklər qaçılmazdır. Altı üzv ölkələrin, Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynanın statuslarındakı fərq Aİ-nin bu ölkələrin hər birinə qarşı çərçivə stategiyalarında yenilənməsini, təkmilləşdirilməsini tələb edir.

 

Pərvanə Fərhadqızı