Bakıda müxtəlif maraqlı tərəflər qrupundan olan 60-a yaxın nümayəndə üçün keçirilən yeni Şərq Tərəfdaşlığı Siyasətində Aİ-Azərbaycan münasibətləri mövzusunda Konfrans davam edir.
QHT.az xəbər verir ki, ikinci panel mərhələdə “Regional sabitliyin və Qarabağda və Şərqi Zəngəzurda reinteqrasiyanın təşfiqində vətəndaş cəmiyyətinin iştirakı” mövzusunda müzakirələr gedir. Konfransda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyyətinin üzvü Samir Əliyev moderator kimi çıxış edib. İkinci panelistlər Inkişaf və Diplomatiya Institutunun direktoru və ADA-nın prorektoru Fariz Ismayılzadə, ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Fondunun İş Birliyi Proqramının təmsilçisi Mehriban Rəhimli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli çıxış edirlər.
Qeyd edək ki, konfrans Azərbaycan yeni Şərq Tərəfdaşlığı Siyasətində harada yer alacaq, Azərbaycanda avrointeqrasiyaprosesinin inkişafı üçün hansı problemlər və perspektivlər var, Regionaltəhlükəsizliyi və sabitliyi təmin etmək üçün Aİ- Azərbaycan necə inkişaf etməlidir, Vətəndaş cəmiyyəti Qarabağda və Şərqi Zəngəzurda avrointeqrasiya, eləcə də reinteqrasiya prosesinə necə töhfə verə bilər kimi suallar müzakirə olunur.
Pərvanə Fərhadqızı












