Ən son model peşəkar tikiş avadanlıqları ilə təchiz olunmuş “Qızyurdu” və “Bahar” Qadın İnkişaf və Müəssisə Qruplarına məxsus dərzi sexləri USAID-in dəstəyi ilə yaradılıb.
QHT.az xəbər verir ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası – ARWA-nın əməkdaşlığı ilə bu açılış yalnız həmin dərzi sexlərinin açılışını deyil, Masallı qadınları üçün yeni imkanlara, fürsətlərə də qapıların açılmasını özündə ehtiva edir. USAID qadınların iqtisadi gücləndirilməsini hədəfləyən bu kimi fəaliyyətlərə töhfə verməkdən qürur duyur.
Pərvanə Fərhadqızı














