Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance ciddi kiberhücuma məruz qalıb. Nəticədə 6,3 milyard dollar həcmində maliyyə itkisi qeydə alınıb. Bu hadisə kriptovalyuta tarixinin ən böyük oğurluğu kimi qiymətləndirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Reuters agentliyinin məlumatına görə, Binance rəhbərliyi tərəfdaşları ilə birlikdə oğurlanmış aktivlərin dondurulması istiqamətində tədbirlər görüb. İndiyədək təxminən 3 milyard dollar dəyərində aktivin yeri müəyyən edilib. Qalan 3,3 milyard dolların taleyi isə naməlum olaraq qalır.
Binance-in həmtəsisçisi Yi He şirkətin kiberhücum nəticəsində yaranan bütün itkiləri qarşılayacağını açıqlayıb.
Qeyd edək ki, kriptovalyuta sektoru son illərdə dəfələrlə böyük kiberhücumlarla üzləşib. Bu cür hadisələr rəqəmsal aktivlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır və investorları riskləri yenidən qiymətləndirməyə sövq edir.
Ekspertlərin diqqət mərkəzində olan əsas məsələlərdən biri kriptovalyuta birjalarında təhlükəsizlik sistemlərinin gücləndirilməsi və istifadəçi vəsaitlərinin etibarlı qorunmasıdır.












