“Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova oğlunun xatirəsinə kövrək paylaşım edib.
QHT.az həmin paylaşımı təqdim edir:
"Balamızın yoxluğu qələm tutdurdu əlimizə, həsrəti şair elədi bizi..
Böyüdünmü, ay oğul?
Altı il gəlib keçdi, Böyüdünmü, ay oğul.
Kor oldum,lal oldum,kar oldum ...duya bilmədim səni. Böyüdünmü ay oğul?
SƏN varsan amma yoxsan...
Nə görə bilmədim səni, Nə səsini duya bildim mən sənin, eşitdinmi sən məni?
Nə xəbər aldım səndən, Nə bir soraq gəldi səndən.
Böyüdünmü, ay oğul , Nə xəbərim var səndən?..
Boyun boya çatdımı sən?
Yarım qalan sevginə sığal çəkə bilmədim.
Yaram qalan sevginə baxıb nələr çəkdin sən?
Bərkə düşəndə yerə, Ana deyib hay saldın.
Bağışla, mənim balam, kar olub eşitmədim...…
Yükləmə daha məni, Ağırdı Yüküm mənim.
Sənsiz keçən bu ömrüm, Həsrət ilə doludu …
Yükləmə balam məni, Gəlib çata bilmirəm,
Yola çıxmışam oğul gəlib çata bilmirəm.
Necə böyüdün, oğul,? Görməyə gəlmirəm…mən
Yolumu uzatma sən.Görməyə gəlirəm mən.
Altı ildir gözlərim yollarda qalıb mənim.
Sən orda böyüyürsən, Burda donub vaxtım mənim?..
Böyüdünmü, ay oğul, De, necə keçdi illərin?
Mən səni görə bilmədim.
Bağışla, mənim Miqdadım, Həsrətinlə yanıram . Altı ildir sənsiz qalıb, sənə çata bilmirəm…
Gözlə gəlirəm oğlum yolumu uzatma sən.."












