Lənkəranda keçirilən “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” çərçivəsində QHT Agentliyinin heyəti üçün master-klasslar təşkil olunub.
 
Əvvəldə Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva əməkdaşların səriştəliliyinin, QHT-lərlə iş sahəsində bilik və bacarıqlarının davamlı şəkildə artırılmasının əhəmiyyətinə toxunub.
Daha sonra QHT Agentliyinin Müşahidə Şurasının sədri, kulturoloq-alim, professor Fuad Məmmədov “QHT-lərlə iş etikası: yüksək mədəniyyətli insan və vətəndaş cəmiyyəti”, Müşahidə Şurasının üzvü, millət vəkili Rizvan Nəbiyev “QHT-lər ictimai diplomatiyada: yeni reallıqlar və perspektivlər” mövzularında əməkdaşlar üçün master-klasslar keçiblər.