Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) Türk dünyasında sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsindəki rolu haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

“Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə qardaş türk xalqını təbrik edirəm. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq, dostluq, müttəfiqlik daim olsun.

Dünyanın gərgin məqamında, beynəlxalq münasibətlərin kəskinləşdiyi dövrdə bir millət, iki dövlət arasında əməkdaşlığın daha da dərinləşməsi tarixi zərurətdir. Çünki bu iki dövlət Türk dünyasına və o cümlədən Türk Dövlətləri Təşkilatına daha çox fayda vermək gücündədir.

Dünyanın belə qaynar çağında Türk Dövlətləri Təşkilatı (TDT) sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir. Belə mütərəqqi ideyalaradan, reallığa uyğun strateji layihələrdən bütün Türk dünyası faydalana bilər”.