(olmuş hadisə)
Bu olmuş hadisədir. Mənə çox doğma olan insan başına gələn bu qəribə hadisəni nağıl edəndə, onun kövrəldiyi aydınca hissi olunurdu. Az qala hıçqırıb uşaq kimi ağlamaq istəyirdi. Onu deyim ki, dostum bu gün də həyatdadir və sadəcə adının çəkilməməsini xahiş etmişdir. Mən isə onun danışdıqlarını, hisslərini və həmin gecənin sirli məqamlarını olduğu kimi qələmə alaraq, oxucularla bölüşmək qərarına gəldim.
Həyat bəzən insanı elə sınaqlarla üz-üzə qoyur ki, o, bir anın içində özünü dünyanın ən köməksiz adamı kimi hissi edir. Elə bil bütün qapılar üzünə bağlanır, sabaha olan inamı isə dumanlı bir yolun arxasında gizlənir.
1994-cü ilin iyul ayı idi. Atasının ölümü onu elə sarsıtmışdı ki, sanki bu ölüm qəlbində dərin bir boşluq yaratmışdı. Evlərinin sonbeşiyi olduğundan həmişə əzizlənmiş, ərküsöyün böyümüşdü. Ata itkisi sadəcə bir ayrılıq deyildi. Hər küncdə bir xatirə, hər xatirədə bir nisgil vardı. Bəzən, insanın gözləri qarşısında hər şey əvvəlki kimi qalır, amma içindəki dünya tamam dəyişir. Uşaqlıqdan bəri arxalandığı bir dayağın, varlığına güvəndiyi bir insanın həmişəlik yoxluğu necə də ağır idi.
Ömründə ilk dəfə idi doğma adamını itirdiyindən, bu ağrı acını unuda bilmirdi. Tez-tez atasının məzarı üstə gedir, həyatda ona ən yaxın olan bir insanın əbədi yoxluğu ilə barışa bilmirdi. Bir müddət sonra bədəninin müxtəlif nahiyələrində ağrılar hissi etdi. Ağrılar gündən-günə şiddətlənirdi. Səhəri gün 20 Yanvar metrosu yaxınlığında yerləşən “Diaqnostika Mərkəzində” analiz verməyi qərara aldı. Həkimlərin müayinsindən sonra məlum oldu ki, qanında şəkər var.
Bu xəbər onu daha da sıxdı. Ailəsi, körpə uşaqları kino lenti kimi gözünün qarşısında canlandı. Övladlarını xəstə canla necə böyüdəcəyini düşündükcə bir anlığa onun əzabını çəkdi. Beynində bir-birini əvəz edən suallar vardı: Görəsən bu xəstəliklə necə yaşayacağam. Övladlarımı arzuladığı kimi böyüdüb toylarını görə biləcəyəmmi
O, xəstəliyini ailə üzvülərindən bir müddət gizli saxlamaq qərarına gəldi. Nigarançılıq, ata yoxluğu, birdə xəstəlik ona qorxu və yorğunluq gətirdiyindən yatağına uzandı. Atasını düşündükcə ürəyində yığılıb qalmış dərdlərə hakim ola bilmirdi.
Bəzən insan dərdini bölüşə bilməyəndə, göz yaşları onun yeganə sirdaşına çevrilir. Beləcə, yuxuya getdi. Gecənin bir əyyamında hissi etdi ki, kimsə onu oyadır. Gözlərini açdı. Bayırdan evin içinə düşən işıq divardan asılmış saatı açıqca görsədirdi. Gecə üçün yarısı idi. Bədəni tərləmiş, varlığında qeyri-adi hislər baş qaldırmışdı. Həyatında ilk dəfə idi ki, izah edə bilmədiyi bir əhval-ruhiyyə onu öz qanadlarına alıb harasa, başqa bir dünyaya aparmaq istəyirdi. Fikir və düşüncə burulğanına düşdüyündən nə edəcəyini bilmirdi. Bu zaman gözləri geniş şüşəbəndin bir neçə metrliyində dayanmış nəhəng bir obyektə sataşdı. Gözlərinə inana bilmədi, ona elə gəldiki gördükləri yuxudu. Bəlkə yatmışam deyə fikirləşdi və ayağa qalxdı. O, yuxu görmürdü. Pəncərənin o tayında kinolarda gördüyü uçan boşqab dayanmışdı. Dostum gördüklərinə hələdə inana bilmirdi.
Gecənin səssizliyində yuxudan qəfil ayıldığı andan gördüklərini anlamaqda çətinlik çəkirdi. Naməlum obyekt isə sanki, gəldikcə ona yaxınlaşırdı. Otağın səssizliyi, gecənin qaranlığı və pəncərənin o tayındakı qeyri-adi görüntü bir-birinə qarışaraq yaddaşından silinməyəcək bir mənzərə yaradırdı. Naməlum obyekt isə, gah üçbucaq, gah kub, gah da dairə formasına düşərək sanki rəqs edirdi.
Dostum diqqətlə baxırdı. Dayandığı istiqamətə tuşlanmış, günəş şüasına bənzər nuru görəndə üşüyürmüş kimi qorxudan titrəməyə başladı. Varlığına bir həyacan hakim kəsildi. Ona elə gəldi ki, naməlum obyekdən evinin içərisinə daxil olan nurlu işığın daxilində gizlənən qeyri-adi varlıqlar var. O, bunu hissi etdi, nə vaxsa qəzetlərdə belə hadisələrnən bağlı oxuduğu məqaləni xatırladı. Nə edəcəyini bilmirdi. Bu zaman arxasında kiminsə olduğunu hissi etdi. Arxasına döndü. Kimsə gözə dəyməsə də, hansısa bir qüvvə sanki ona yatağına gir, yat deyirdi. Yatağına uzanıb, mələfəni başına çəkdi.
Bütün vücudu titrəyirdi. Yayın isti havası mələfənin altında nəfəsini təngidirdi. Daha dözə bilmirdi. Üstünə atdığı mələfəni kənara artmaq məcburiyyətində qaldı. Önünə baxanda gözlərinə inana bilmədi. Bayaqdan pəncərə qarşısında müxtəlif görkəmə düşən naməlum obyekt yoxa çıxmış, öz yerini səmanın qaranlığında bərq vuran ulduzlara vermişdi. Bəlkə, mən doğurdan da yatmışdım, bəlkə bütün bu gördüklərim bir yuxu idi,- deyə xatırlamağa çalışdı. Yox, mənim bu gördüklərim dünyada milyonda bir insanın başına gələ bilən həyat hekayəsidir- kimi fikirlər beynində dolaşmağa başladı.
Elədiyi hərəkətdən peşimanlıq hissi keçirirdi. Nə üçün onlardan qorxdum? Axı, naməlum obyektlərlə gələnlər qeyri-adi varlıqlardı. Onların elmi və helminin köməyi ilə istənilən məqsədə çatmaq olardı. Hansısa planetdən yer üzünə gələn qeyri-adi varlıqların xəstələri də asanlıqla sağalda bilərləcəklərinə şübhəm yoxdur,- deyə bir daha düşündü. Əgər mən qorxmayıb onlara dərdimi danışsaydım yəqin ki, mənə kömək edərdilər.
Bəlkə də, onlar Allahın mənim xəstəliyimi müalicə etmək üçün göndərdiyi mələklər idi. Mən öz xöşbəxtliyimdən axı, niyə qaçdım -, deyə peşimanlıq hissi keçirdi. Bir neçə günlüyə babasıgilə qonaq getmiş ailəsi və balaca qızını gözü önünə gətirdi. Kövrəldi, üzüqoylu uzanıb beləcə yuxuya getdi.
Ardı var
“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev












