QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə "Qadın və Müasir Dünya" Mərkəzinin rəhbəri Südabə Şirəliyeva redaksiya kollektivini təbrik edib:

"Hörmətli QHT.az kollektivi!

Sizi portalınızın 10 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik!

Bu illər ərzində QHT.az Azərbaycanda vətəndaş cəmiyyəti üçün mühüm informasiya platformasına çevrilmiş, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, təşəbbüslər, islahatlar və ictimai həyatla bağlı dolğun, peşəkar və operativ xəbərlər təqdim etmişdir.

Şəffaflığın təmin olunması, QHT-lər arasında əməkdaşlığın inkişafı, ictimaiyyətin maarifləndirilməsi və vətəndaş fəallığının təşviqi istiqamətində gördüyünüz işlər yüksək qiymətə layiqdir.

Sizə davamlı inkişaf, güclü redaksiya komandası, peşəkar nailiyyətlər və sadiq oxucular arzulayırıq. Qoy hər yeni il sizi yeni uğurlar, maraqlı layihələr və ictimai əhəmiyyətli təşəbbüslərlə sevindirsin!"