Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə təbrik ünvanlayıb:

"İlk öncə Sizi təbrik edirəm! Bizim üçün ən vacib iş – səsimizin eşidilməsidir. Sizlər isə bu 10 il ərzində bizə böyük dəstək olmusunuz: həm gördüyümüz işləri cəmiyyətə çatdırmısınız, həm də hər zaman QHT sektorunun Azərbaycan cəmiyyətinə necə fayda verdiyini gündəmdə saxlamısınız.

Böyük və bizim üçün çox dəyərli əməklərinizə görə Sizə təşəkkürümü bildirirəm! Hamınıza uğurlar arzulayıram! Əminəm ki, bundan sonra da Sizi çoxlu işlər gözləyir!"