Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli ATƏT-in keçirilən konfransında Azərbaycanın “İctimai iştirakçılıq” qanununun tətbiqi və vətəndaşların qanunvericilik prosesində iştirakı barədə məlumat verib.

QHT.az xəbər verir ki, Nədimə Rəhimli bildirib ki, Azərbaycanda qanunvericilik təşəbbüsü hüququ yalnız dövlət strukturlarına aid deyil, vətəndaşlar da müəyyən şərtlər daxilində qanunvericilik təşəbbüsü ilə çıxış edə bilirlər. Qanunların hazırlanması prosesində ictimai iştirakçılıq nəzərə alınır, ictimai dinləmələr və müzakirələr təşkil olunur.

"Qanun layihələri rəsmi internet saytında yerləşdirilir və ictimai müzakirələr üçün açıq olur. Həmçinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanan hüquqi aktların layihələrində də vətəndaş cəmiyyəti tərəfindən açıq müzakirələr aparılır. Vətəndaş cəmiyyətinin iştirakı ilə açıq müzakirələr qanun hazırlanması prosesini daha şəffaf və hərtərəfli edir,” – deyə N.Rəhimli əlavə edib.

 

 

 

Pərvanə Fərhadqızı