Azərbaycan Respublikası “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramova Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baranla Ankara Ticarət Palatasında görüş keçiriblər.

QHT.az xəbər verir ki, bu barədə QHT sədri Gülbəniz Bayramova məlumat verib: “Möhtəşəm bir görüş keçirdik. Bizimlə birgə oraya gedən heyət üzvləri, iş adamları “Okuklu Holding”in prezidenti Yılmaz Okuklu, uzun müddət Kanal D-də “Evim Şəhanə" və başqa verilişinin layihə rəhbəri və TV aparıcısı, iş adamı, Türk dünyası mədəniyyət səfiri, memar Səlim Yuhayi, Kurtlar Vadisi serialının baş rol ifaçısı kimi Güllü Erhan kimi tanınan Erhan Ufakı görüşdə iştirak ediblər. Görüşdə Gürsel Baran Azərbaycan xalqının tarixi üçün əhəmiyyətli günlərdən olan 8 noyabr Zəfər bayramımız və 9 noyabr Bayraq günü münasibəti ilə ölkəmizi təbrik edib”.

Qeyd edək ki, bu münasibətlər milli birliyin, dövlətçilik möcüzəsinin, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə yardım edir, iş əlaqələrini daha da gücləndirir və ölkələr arasındakı münasibətləri möhkəmləndirir. Bu görüş ölkələr arasında daha da sıx əməkdaşlıq və əlaqələrin inkişafına nail olur. Görüş zamanı iştirakçılar ölkələr arasındakı mübadilənin artırılması və hər iki tərəfin marağına uyğun layihə və tədbirlər haqqında müzakirələr aparıblar.

 

 

Pərvanə Fərhadqızı