“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramova Ankara “Grand Mercure” hotelində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Sektoral Əməkdaşlıq Sammiti konfransında iştirak edib.
QHT.az xəbər verir ki, bu barədə Fondunun direktoru Gülbəniz Bayramova məlumat verib. QHT sədri qeyd edib ki, onunla gedən heyət üzvləri, iş adamları “Okuklu Holding”in prezidenti Yılmaz Okuklu, uzun müddət Kanal D-də “Evim Şəhanə" və başqa verilişinin layihə rəhbəri və TV aparıcısı, iş adamı, Türk dünyası mədəniyyət səfiri, memar Səlim Yuhayi, Kurtlar Vadisi serialının baş rol ifaçısı kimi Güllü Erhan kimi tanınan Erhan Ufakı görüşdə iştirak ediblər.
Qeyd edək ki, Gülbəniz Bayramovanın çıxışında Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun həyata keçirdiyi layihələrlə yanaşı, iş dünyası ilə əməkdaşlıq və sosial məsuliyyət sahəsində gələcək planlar da vurğulanıb. Görüşdə MÜSİAD üzvləri və digər iş adamları fondun fəaliyyətinə dəstək verilməsi və əməkdaşlıq imkanları barədə qarşılıqlı fikir mübadiləsi aparıblar. Gülbəniz Bayramovanın rəhbərlik etdiyi fondun Ankarada keçirilən Sektoral Əməkdaşlıq Sammitində iş dünyası ilə daha çox maarifləndirmə və əməkdaşlıq əlaqələrinin qurulmasına diqqət ayırdığı da bildirilib. İştirakçılar arasında keçirilən bu interaktiv görüş qeyri-hökumət təşkilatları ilə iş dünyası arasında daha sıx həmrəylik və əməkdaşlıq mühiti yaradıb.
Pərvanə Fərhadqızı












