Azərbaycan Aztəminatlı Ailələrə və Əlillərə İctimai Dəstək Fondunun prezidenti Gülbəniz Bayramova bu gün Kipr Vəqflər İdarəsinin baş direktoru prof. Dr. İbrahim Benterin qonağı olub. 

QHT.az xəbər verir ki, iki qurum arasında birgə xeyriyyəçilik fəaliyyəti ilə bağlı əməkdaşlıqla bağlı məsləhətləşmələr aparılıb. Görüşdən sonra nümayəndə heyəti ŞKTC Əlillərin Həmrəylik Dərnəyinin sədri Ömər Suayı ziyarət edib, dövlətlərarası sevgi körpüsü və Qarabağın azadlığı məsələlərinə toxunulub.
QHT sədri qeyd edib ki, onunla gedən heyət üzvləri, iş adamları “Okuklu Holding”in prezidenti Yılmaz Okuklu, uzun müddət Kanal D-də “Evim Şəhanə" və başqa verilişinin layihə rəhbəri və TV aparıcısı, iş adamı, Türk dünyası mədəniyyət səfiri, memar Səlim Yuhayi, Kurtlar Vadisi serialının baş rol ifaçısı kimi Güllü Erhan kimi tanınan Erhan Ufakı görüşdə iştirak ediblər: "Bayramova, Benter və Suay cəmiyyətin ehtiyacı olan təbəqələrinə yardım etmək və maarifləndirmənin formalaşmasına töhfə vermək, o cümlədən 3 dövlət, bir millət hissini yaşayıb yaşatmaq üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Birgə layihələr aztəminatlı ailələrə, əlillərə, könül körpülərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara dəstək olacaq”.

 

Pərvanə Fərhadqızı