Noyabrın 7-də Şimali Kipr Türk Respublikasının Çalışma və Sosial Güvənlik Bakanı hörmətli Sadık Gardiyanoğlu “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramovanı və onunla gedən heyyət üzvülərini qəbul edib.
QHT.az xəbər verir ki, bu barədə “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramova məlumat verib. QHT sədri qeyd edib ki, onunla gedən heyət üzvləri, iş adamları “Okuklu Holding”in prezidenti Yılmaz Okuklu, uzun müddət Kanal D-də “Evim Şəhanə" və başqa verilişinin layihə rəhbəri və TV aparıcısı, iş adamı, Türk dünyası mədəniyyət səfiri, memar Səlim Yuhayi, Kurtlar Vadisi serialının baş rol ifaçısı kimi Güllü Erhan kimi tanınan Erhan Ufakı görüşdə iştirak ediblər.
Qeyd edək ki, görüş zamanı Çalışma və Sosial Güvənlik Bakanı Sadık Gardiyanoğlu “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun işi və nailiyyətləri haqqında məlumat alıb. QHT sədri Gülbəniz Bayramova və onunla gələn heyət üzvləri ilə müzakirələr aparılıb. Görüş zamanı fondun təşkilatçıları və hökumət tərəfindən təmin olunan dəstəklər, əlillərin və aztəminatlı ailələrin sosial rifahını artırmaq üçün həyata keçirilmiş və planlaşdırılan layihələr haqqında danışılıb. Görüş “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun layihələrini daha da təkmilləşdirmək məqsədi ilə aparılan əməkdaşlığın və əlaqələrin növbəti addımı kimi görülə bilər. Belə görüşlər, sosial yardım təşkilatlarının və hökumətin birgə çalışması ilə daha çox əlillərə və aztəminatlı ailələrə yardım götürmək üçün daha effektiv strategiyaların müzakirə edilməsini təmin edir.
Pərvanə Fərhadqızı












