Noyabrın 7-i Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramovanı və onunla gedən heyyət üzvüləri- fondun Himayəçilər şurasının sədri Fərid Bayramlını, Azərbaycanın ən böyük biznes adamı olan türk sərmayədarı “Okuklu Holding”in prezidenti Yılmaz Okuklunu, uzun müddət Kanal D-də “Evim Şəhanə" və başqa verilişinin layihə rəhbəri və TV aparıcısı, iş adamı, Türk dünyası mədəniyyət səfiri, memar Səlim Yuhayi, Kurtlar Vadisi serialının baş rol ifaçısı kimi Güllü Erhan kimi tanınan Erhan Ufakı qəbul etmişdir.
QHT.az xəbər verir ki, görüşdə cənab Prezident 8 noyabr Zəfər bayramımız münasibəti ilə prezdentimiz İlham Əliyev cənablarını, rəşadətli Azərbaycan Ordusunu və xalqımızı təbrik edib. Bildirib ki, biz “Bir Millət, Üç Dövlətik”.
Görüş çox gözəl sonluqla bitib. Şimali Kipr Türk Respublikasının Prezidenti hörmətli Ersin TATAR cənablarının xeyir duası ilə hər iki dövlətin qazi, şəhid, aztəminatlı ailələrinin, əlilliyi olan insanların və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə KKTC millət vəkili, Cumhuriyət Məclisi Ekonomi, Maliyə, Bütcə və Plan Komitəsi naziri Resmiye Eroğlu Canaltayın rəhbərlik etdiyi Antik Mağusa Vakfı ilə “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu arasında Anlaşma Memorandum imzalandı.
Pərvanə Fərhadqızı












