“Müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, diskusiyalar, müzakirələr, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirməyi planlaşdırırıq”.

Bu fikirləri "Mələk" Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin sədri Ləman Rəfiyeva QHT.az- a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, yardıma ehtiyacı olan uşaqların sosial problemləri ilə bağlı araşdırmalar aparmaq, onların sosial fəallığının artırılmasına dəstək üzrə layihələr hazırlayıb, bu  sahədə ölkədə həyata keçirilən proqlamlara dəstək vermək, cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların liderlik qabiliyyətlərini dəstəkləmək, inkişafına şərait yaratmaq kimi qarşımızda vəzifələr durur. 

 

Pərvanə Fərhadqızı