“Təşkil etdiyimiz, digər aparıcı təşkilatlarla birgə təşəbbüsdə olduğumuz tədbirlərlərimiz çoxdur. Türk dünyasının birliyi istiqamətində dövlətlərimiz böyük işlər görür. Burada ictimai-siyası, milli-mədəni, hərbi müttəfiqlik bağlarımızı daha da möhkəmləndirmək və s. böyük önəmli məsələlərdir. Təşkilatımız vətəndaş təsisatları arasında öz yeri olan qurumdur. Layihələrimiz, keçirdiyimiz tədbirlər, nəşr etdiyimiz kitablar, təşəbbüslərimiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, başqa ictimai təşkilatlar və sosial media tərəfindən həmişə müsbət qarşılanıb. Biz təşkilatımıza olan sosial maraq dairəsini fəaliyyətimizlə yüksəltmək və yeniləmək barədə səyləri davam etdiririk”.

Bu sözləri “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı QHT.az- a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, milli maraqlarımız çərçivəsində fəaliyyət planlarımızı qururuq. Keçiridikləri tədbirlərin bu istiqamətə söykəndiyini də qeyd edən Dəyanət Osmanlı  araşdırmaları davam etdirdiklərini söyləyib.

 

 

Pərvanə Fərhadqızı