Azərbaycan Yazıçılar Birliyinində “Buludların göz yaşı” və “Bayraklı evler”(Türkiye türkçesi) kitablarının təqdimatı olub.


QHT.az xəbər verir ki, oktyabrın 13-də Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirilən  “Buludların göz yaşı” və “Bayraklı evler ”(Türkiye türkçesi) kitablarının müəllifi Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadədir.

O, Prezident təqaüdçüsüdür. İctimai fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına, AHİK sədrinin müvafiq sərəncamı ilə “AHİK-in 100 illiyi” medalına layiq görülüb.
“Bayraqlı evlər” kitabında Vətəndən və Vətənin qəhrəmanlarından bəhs olunub. “Buludların göz yaşı” kitabında yer alan povest, esse, pyes və hekayələrdə cəmiyyətin sosial problemləri bədiiləşdirilərək oxuculara təqdim olunub.
Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, şairlər, yazıçılar kitablar haqqında fikirlər səsləndirib, müəllifə yaradıcılıq uğurları arzulayıb.