Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri cənab Essam Bin Saleh Algetale arasında görüş keçirilib.

QHT.az xəbər verir ki, Universitet Səudiyyə Ərəbistanı Krallığında akkreditasiyadan keçib. Görüşdə akkreditasiyadan sonra yaranmış əməkdaşlıq imkanları müzakirə olunub. Bu Universitet Yunanıstanda da akkreditasiyadan keçib.

Qeyd edək ki, bu proses zamanı universitetin akademik proqramları, tədris metodları, tələbələrə dəstək xidmətləri, infrastruktur və inzibati idarəetmə kimi sahələrdə ətraflı nəzərdən keçirilib. Akkreditasiya universitetin keyfiyyətini və etibarlılığını şərtləndirən mühüm amildir. Bu proses universitetin milli və beynəlxalq miqyasda hörmətli bir təhsil müəssisəsi kimi qəbul edilməsinə imkan verir.

 

 

Pərvanə Fərhadqızı