“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətən üçün hazır ol” adlı layihəsinin icrası çərçivəsində 09.10.2023 – cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verilmişdir.
QHT.az xəbər verir ki, oktyabrın 14-də turnirin final görüşləri keçirilib.
İlk öncə Azərbaycan Respublikasının suverenliyi və Qarabağ müharibəsində şəhid olmuş bütün qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Turnirdə çıxış edən layihənin rəhbəri, Əməkdar məşqçi Azər Əliyev turnir və donor haqda ətraflı məlumat verərək final iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra çıxış edən Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşı Məmməd Məmmədov, idman mütəxəssisi Rəayət Əliyev turnir iştirakçılarına uğurlar arzuladılar və bədən tərbiyəsi və idmanla məşğul olmağa cağırmışdırlar.
Çıxışlardan sonra final görüşünə start verildi. Gərgin idman mübarizəsi şəklində keçən görüşlərin nəticəsi aşağıda kı kimi olmuşdur:
Üçüncü yer uğrunda görüş
I Şıxlı 2 - 0 Kosalar
Birinci yer uğrunda görüş
Qazax № 2 1 – 1 Məktəb Licey (pen 3-1)
Yekun nəticələr:
I yer - Qazax № 2
II yer - Məktəb Licey
III yer – I Şıxlı
Turnir sonunda iştirakçılar və qonaqlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dəstək verdikləri üçün öz minnətdarlıqlarını bildiriblər.












